“Boşanma məsələləri ilə bağlı mübahisələrin mediasiya yolu ilə həlli müsbət nəticə verir” -Nadir Adilov

  • By admin
  • 23 Dekabr 2021 08:35

“Mediatorlar boşanmaq istəyən tərəflərin qərara gələ bilmədiyi mübahisə predmetləri üzrə barışmaq sazişlərinə cəlb edir”.

Gununsesi.info xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair keçirilən konfransda deyib.

O qeyd edib ki, mediasiyaya daxil olan müraciətlərin 80 faizi ailə münasibətlərinə aiddir.

“Baxdığımız müraciətlər zamanı məlum olur ki, mübahisə təkcə ailələrə deyil, ailələri əhatə edən ekosistemlərə də təsir edir. Boşanma məsələləri ilə bağlı mübahisələrin mediasiya yolu ilə həlli müsbət nəticə verir. Belə bir nəticəyə gəlmişik ki, bu mübahisələr cəmiyyətə çox ciddi neqativ təsir edir. O, eyni zamanda təhlil ilə bağlı fikirlərini bölüşərək bildirib ki, bu vəsait Ədliyyə Akademiyasında keçirilən kurslarda iştirak edən mediatorlar üçün də məqsədəuyğun və faydalı hesab edilir”, – deyə sədr qeyd edib.

Gununsesi.info