Böyükşor şosesində baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

  • Müəllif: Günel
  • 25 Avqust 2025 22:27

Binəqədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətləri açıqlanıb.

Gununsesi.info xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərin (hər biri kişi cinsli) müraciəti qeydə alınıb. 2 nəfərə yerində ilkin tibbi xidmət göstərilib, 1 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Sağ əlin sınığı, döş qəfəsinin küt travması diaqnozu təyin edilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

***

Böyükşor şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info yük avtomobili BMW markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.