Brent neftinin qiyməti 80 dollardan aşağı düşdü

Yaxın Şərqdə gərginliyin azalacağına dair ümidlərin artması fonunda dünya bazarında neft qiymətləri kəskin ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, avqustun 4-də keçirilən hərraclarda Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 4,83% azalaraq bir barel üçün minimum 79,73 dollara enib.

Bu, Brent neftinin 2026-cı il iyulun 13-dən bəri ilk dəfə 80 dollar həddindən aşağı düşməsi deməkdir.

 

Gununsesi.info