Britaniyada bir fabrikin 300-ə yaxın işçisi koronavirusa yoluxub

  • By admin
  • 13 Avqust 2020 21:04

Böyük Britaniyada Norsampton şəhərində yerləşən “Greencore” sendviç fabrikində 292 işçinin koronavirus testi müsbət nəticələnib. 

Gununsesi.info-nun məlumatına görə, fabrikin rəhbərliyi digər işçilərin də test olunacağını açıqlayıb: “Fabrik ərazisində genişmiqyaslı sosial məsafə tədbirləri, ciddi gigiyena prosedurları və müntəzəm temperatur yoxlanışı mövcuddur və işçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik”.

 

 

Gununsesi.info