Britaniyada həkimlər tətilə başlayıb

  • By admin
  • 13 Mart 2023 16:56

Böyük Britaniyada minlərlə kiçik həkim bazar ertəsi üç günlük tətilə başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə  Britaniya mediası yazıb.

Britaniyanın “The Guardian” qəzeti yazır ki, onlar maaşların aşağı olmasına etiraz edirlər və maaşların 26% artırılmasını tələb edirlər.

Böyük Britaniyada kiçik həkimlər tibb işçilərinin demək olar ki, yarısını təşkil edir. Britaniya xəstəxanaları tətilə görə on minlərlə ambulator qəbulu və cərrahiyyə əməliyyatını ləğv edib.

Ölkənin səhiyyə naziri etirazçılara müraciət edərək tətili dayandırmağa çağırıb, lakin maaşların artırılması ilə bağlı danışıqlara başlamaqdan imtina edib.

 

Tərcümə:

Adil Elxanoğlu