Britaniyanın baş naziri iğtişaşçıları dayandırmağa çağırıb

İngiltərənin baş naziri Keir Starmer iğtişaşları dayandırmağa çağırıb və etirazçılara ağır cəza veriləcəyini vəd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə SkyNews xəbər yayıb.

Bildirilir ki, bazar günü axşam Starmer Downing Street-dəki hökumət binasından çıxış edib və iğtişaşlarda iştirak edənlərin “qanunun tam ölçüsündə” cəzalandırılacağını deyib: “Bu, zorakılıqdır. Zəmanət verirəm ki, siz həm birbaşa, həm də onlayn iğtişaşları qızışdırmaqla bu iğtişaşlarda iştirak etdiyinizə görə peşman olacaqsınız”.

Baş nazir Roterhamda iğtişaşçıların miqrantların yerləşdirildiyi otelə hücum etdiyi hadisələri ayrıca tənqid edib: “Bu cür hərəkətlərin heç bir əsası yoxdur”.

O, hadisələri “həddindən artıq sağçı quldurluq” adlandırıb: “Dəri rənginə və ya inancına görə özünü təhlükəsiz hiss edən insanlar üçün bunun nə qədər dəhşətli ola biləcəyini başa düşürəm… Bilin ki, bu zorakı kütlə ölkənin siması deyil və biz onları məsuliyyətə cəlb edəcəyik” .

Xatırladaq ki, aksiyaların keçirilməsinə səbəb iyulun 29-da Soutport şəhərində 17 yaşlı gəncin bıçaqla uşaqlara hücum etməsidir.

Hücumda 3 uşaq ölüb, bir neçəsi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisəni törədən yeniyetmənin miqrant olması bir çox şəhərlərdə kütləvi aksiyaların baş tutması ilə nəticələnib.

 

 

Şəbnəm

Gununsesi.info