Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Gununsesi.info-ya müsahibəsində ABŞ Konqresinin üzvü Abraham Hamadehin Ermənistan-Azərbaycan sülh prosesinə dair açıqlamasına münasibət bildirib.
Amerikalı konqresmen ABŞ mediasına müsahibəsində deyib ki, sülh prosesi bir çoxlarının gözlədiyindən daha sürətlə irəliləyir və yekun sülh sazişinin Donald Trampın hazırkı prezidentlik müddətinin başa çatmasından xeyli əvvəl əldə oluna biləcəyini düşünür.
Hikmət Hacıyev də Azərbaycan tərəfinin bu prosesi dəstəklədiyini bəyan edib:
“Cənab prezidentin dediyi kimi, Azərbaycan üşün sülh ab-havası artıq var. Belə ki, de-fakto olaraq sülh var. 8 avqustda prezident Trampın iştirakı və şahidliyi ilə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması haqqında sənəd paraflandı.
Ermənistandakı daxili siyasi gündəliyin tərkib hissəsi olaraq müəyyən proseslər olmaldır. Açıq şəkildə desək, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olan müddə var ki, onun da aradan qaldırlıması lazımdır.
Biz bundan sonra sülh müqaviləsi üçün hər hansı maneə görmürük. Bütün hallarda bu Erməınistanın daxili siyasi gündəliyindən asılıdır. Biz çox böyük ümid edirik ki, bu baş versin”.
@gununsesi.info Hikmət Hacıyevdən amerikalı konqresmenin sülh gözləntisinə reaksiya – BU MƏSƏLƏNİN HƏLLİNDƏN SONRA SAZİŞ ÜÇÜN MANEƏ QALMAYACAQ
Pərviz Həşimli












