Britaniyanın ölkəmizdəki səfiri Xocalı faciəsinin qurbanlarını yad edib - FOTO

  • By admin
  • 26 Fevral 2023 11:08

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Twitter” hesabında paylaşım edib.

“Bu gün Xocalı faciəsinin qurbanlarını yad edirik. Allah rəhmət eləsin!”, – diplomat bildirib.

Gununsesi.info