Bu dəfə də Tofiq Yaqubluya hökm oxunmadı

  • By admin
  • 11 Yanvar 2021 15:33

Bu dəfə də Tofiq Yaqubluya hökm oxunmadı Bakı Apelliyasiya Məhkəməsi tanınmış müxalifət lideri Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə son hökmünü növbəti dəfə təxirə salıb.

 

Gununsesi.info bildirir ki, prosesə hazırlaşan Yaqubluya prosesin yanvarın 28-dək təxirə salındığı bildirib.

 

Qeyd edək ki, Tofiq Yaqublu xuliqanlıq ittihamı ilə Nizami rayon məhkəməsinin hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum edilib.

 

Bu hökmə etiraz olaraq aclıq aksiyasına başlayan Yaqublu barəsində ev dustaqlığına buraxılması haqda qərar verilib. Son hökmü isə Bakı Apellyasiya Məhkəməsi çıxaracaq.

 

Gununsesi.info