Bu da fransız demokratiyası…

Fransada bir qadın ölkə Prezidenti Emmanuel Makron haqqında feysbukda yazdığı paylaşımda “hər gün 13:00-da bu murdarı görmək məcburiyyətindəyik” dediyi üçün həbs oluna da bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, iyunda keçiriləcək məhkəmədə təqsirli bilinərsə, həmçinin 12 min avro cərimələnə bilər.

50 yaşlarında olan qadın 2018-2019-cu illərdə Makronu ilk mandatı zamanı sarsıdan “Sarı jiletlilər” etirazlarının tərəfdarı olub.

Prokuror bildirib ki, o, “respublika prezidentini təhqir etməkdə” ittiham olunur və iyunun 20-də mühakimə olunacaq.

 

Gununsesi.info