Bu restoranlarda nöqsanlar aşkarlandı - Siyahı

Martın 30-da Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 1 ticarət müəssisəsi, o cümlədən 11 aptek və 11 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1, məhsulun içlik vərəqəsi ilə üzərində qeyd olunan məlumat arasında uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Gununsesi.info