Bu gün Ziya Məmmədovun oğlunun yerinə təyinat olacaq

  • By admin
  • 10 Fevral 2022 10:54

Bu gün Azərbaycan Qolf Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, federasiyanın yeni prezidentinin adına aydınlıq gələcək.

Xatırladaq ki, Azərbaycan Qolf Federasiyası 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən yaradılmışdı. Lakin Z.Məmmədov nazir postunu tərk etdikdən sonra oğlu da federasiya ilə maraqlanmayıb.

2018-ci ildən federasiyanın ofisinin qapısı bağlanıb və fəaliyyət dayandırılıb.

Gununsesi.info