İcra başçısının müavini Prezident sərəncamına niyə səthi yanaşır?

  • By admin
  • 10 Fevral 2022 10:53

Kürdəmir məmur özbaşınalığına, korrupsiya indeksinə görə ölkədə ən çox diqqətdə olan rayonlardan biri olub.

Təsadüfi deyil ki, bu rayonun rəhbəri Ceyhun Cəfərov hüquq-mühafizə orqanlarının anti-korrupsiya əməliyyatında həbs edilib.

İcra başçısının həbsi baş tutsa da vaxtilə onun icra strukturlarına yerləşdirdiyi şəxslər köhnə qaydalarla çalışır.

Gununsesi.info-ya daxil olan bir xəbərdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının  müavini Vəsilə Əsgərli haqqında danışılır. Belə ki, xəbərdə   Vəsilə Əsgərlinin Azərbaycan Respublikası Prezidentinin 23.11.2021 – ci il tarixli 2022-ci ilin yanvar ayında gənclərin həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar Sərancamın icrasına səthi yanaşdığı deyilir.

Hərbi qulluqçuların və dövlət qulluqçularının  komissiyaya dəvətinə məhəl qoymayan xanım müavin “texniki işçilərin içində mənim işim yoxdur”  deyib, Prezidentin sərəncamından irəli gələn vəzifəsinə  əməl etmir.

Aprel çağırışının hazırlığına başlanılıb, ancaq icra başçısının müavini hələ də yanvar çağırışının sənədlərinə imza atmayıb.

Təvazökarlıqdan uzaq olan bu xanım Ceyhun Cəfərovun həbsindən sonra bir müddət qorxu altında yaşasa da sonradan həbs  təhlükəsinin  ondan sovuşduğunu görüb, köhnə əməllərinə davam etdi.

 

Gununsesi.info