Bu hakimlərin səlahiyyətlərinə xitam verildi - SİYAHI

  • By admin
  • 25 Dekabr 2021 12:54

Azərbaycanda bir neçə gün öncə yol verdikləri pozuntulara görə fəaliyyətinə xitam verilən hakimlərin adları məlum olub.
Gununsesi.info “qafqazinfo”ya istinadla xəbər verir ki, həmin şəxslər Sumqayıt, Xaçmaz və Bakının Nərimanov rayon məhkəməsinin hakimləridir.
Məhkəmə Hüquq-Şurasının dekabrın 20-də keçirilən iclasında vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən üç hakimin səlahiyyətinə xitam verildiyi açıqlanmışdı.

Həmin hakimlərin adlarını təqdim edirik:

1. Quliyev Vüqar Şahbaz oğlu – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi
2. Xəlilov İlkin Ələkbər oğlu – Xaçmaz Rayon Məhkəməsinin hakimi
3. Hacıyev Pərviz Əhməd oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi

Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlunun öz ərizəsinə əsasən, səlahiyyətlərinə xitam verilib.

Gununsesi.info