Bu iki küçədə hərəkət məhdudlaşdırılacaq

Paytaxtın daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunur.

Gununsesi.info  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu – Bünyad Sərdarov küçəsi və Nəsimi rayonu – Füzuli küçəsində (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Gununsesi.info