
Azərbaycanda narın qiyməti ötən illə müqayisədə bu il baha olacaq.
Buna səbəb isə iş adamlarının indidən bağ sahiblərin beh paylamasıdır. Belə ki, narı Rusiya və başqa ölkələrə ixrac edən sahibkarlar indidən prosesə start verib.
Qeyd edək ki, yaxın günlərdə Azərbaycanda narın kütləvi yığımına başlanılacaq.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il məhsul ixracı iki dəfə artıb. Bu il isə bu rəqəmin daha çox olacağı deyilir.
Gununsesi.info