Bu ölkədə 1 gündə COVID-19-dan 1 243 nəfər ölüb

  • By admin
  • 08 Avqust 2020 17:32

ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasından 1 243 nəfər vəfat edib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində ABŞ-da 58 173 yeni yoluxma qeydə alınıb.  

ABŞ-da indiyədək 4 942 746 nəfər koronavirus infeksiyasına yoluxub, 161 mindən çox xəstə ölüb.

ABŞ-da 1,6 milyondan çox insan xəstəlikdən sağalıb.

Gununsesi.info