Messi anti-koronavirus döşəkdə yatır

  • By admin
  • 08 Avqust 2020 17:27

“Barselona”nın hücumçusu Lionel Messi özünü koronavirusdan qorumağın yolunu tapıb.

Gununsesi.info “Mundo Deportivo”a istinadən xəbər verir ki, argentinalı xüsusi anti-koronavirus döşəkdə yatır.

Dörd saat ərzində hər hansı bir virusu məhv edən nanohissəciklərin döşək parçasına yerləşdirildiyi deyilir. Koronavirusdan qorunma ehtimalı isə 99,84 faiz qiymətləndirilir.

Həm də bu döşəklər modelindən asılı olaraq, digər funksiyaya – ayaqları üçün vibrasiya masaj sisteminə malikdir.

Qeyd olunur ki, Messi aldığı məhsuldan o qədər məmnun qalıb ki, belə döşəkləri bütün ev boyu yerləşdirib.

Gununsesi.info