“Bununla Azərbaycan-İsrail münasibətləri daha yüksək müstəviyə keçir” -Səməd Seyidov

  • By admin
  • 18 Noyabr 2022 12:59

“İsrailin hər zaman beynəlxalq təşkilatlarda bizə dəstəyini görmüşük. Xüsusilə indi dost ölkə ilə, o ölkə ki, 44 günlük Vətən müharibəsində Azərbaycana yardım göstərib, Azərbaycanın haqq səsinə səs verib, bu ölkə ilə əlaqələri genişləndirməliiyk”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın İsrailin Tel-Əviv şəhərində səfirliyinin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib: “Bununla Azərbaycan-İsrail münasibətləri daha yüksək, yeni müstəviyə keçir. Xalqlarımız arasında əlaqələr daha da inkişaf edəcək”.

Gununsesi.info