Sahibkarlıqla məşğul olan sabiq deputat inhisarçılıqdan şikayətçidir - AÇIQLAMA

  • By admin
  • 18 Noyabr 2022 13:00
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan sabiq deputat Nazim Bəydəmirli  bu sahədə vəziyyətdən narazıdır. 
Xüsusilə, inhisarçılıqdan şikayətçi olan sabiq deputat deyir ki, zamanının əksər hissəsi üzləşdiyi qanunsuzluqla mübarizədə keçir.
Gununsesi.info-ya açıqlamasında Nazim Bəydəmirli deyir ki, inhisarçılq azad sahibkarlığın inkişafında ciddi maneədir: “Sahibkarlıq fəaliyyətimizin yarıdan çoxu şikayətlərlə sərf olundu. Ölkədə real sahibkar oldun, mütləq səni bezdirib, bazardan çıxartmağa çalışan 5-6 məmur mütləq tapılacaq. Mən düz işləyirəm, işləyəcəm, inhisarçılığa  qarşı sona qədər dirəşəcəm və qalib gələcəm”.
Afət
Gununsesi.info