Cəlilabadda yanğın baş verən məscidə baxış keçirildi

Cəlilabad rayonunun Dələli kəndində yerləşən məsciddə baş verən yanğının səbəbləri araşdırılır.

Gununsesi.info xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və din xadimlərinin iştirakı ilə məscidə baxış keçirilib.

Hadisəsinin araşdırılması və tədbir görülməsi üçün aidiyyəti orqanların nümayəndələrinə xüsusi tapşırıqlar verilib.

Qeyd olunub ki, yanğının səbəblərinin araşdırılması xüsusi nəzarətə götürülüb.

Gununsesi.info