Cənubi Koreyada evlənənlərin sayı aşağı səviyyəyə düşüb

2022-ci ildə Cənubi Koreyada nikahların sayı əvvəlki illə müqayisədə 0,4 faiz azalıb.

Gununsesi.info Yonhapa istinadən xəbər verir ki, ötən ilki nikahların sayı ölkənin nikah və doğum nisbəti məlumatlarının tərtib olunmağa başladığı 1970-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.

Cənubi Koreya Statistika İnstitutunun son məlumatlarına görə, ötən il ölkədə 192 min cütlük evlənib. Bu rəqəm əvvəlki illə müqayisədə 0,4 faiz azalma deməkdir.

Ölkə, həmçinin 2022-ci ildə ardıcıl üçüncü il üçün bütün zamanların aşağı doğum nisbətindədir. Doğulanların sayı əvvəlki illə müqayisədə 4,4 faiz azalıb.

Cənubi Koreyada keyfiyyətli karyera imkanlarının olmaması, yüksək daşınmaz əmlak qiymətləri və bahalı özəl təhsil, səbəbindən evliliklər və doğumlar azalır

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info