Çavuşoğlu: Şanlı Azərbaycan bayrağı bu il 28 Mayda azad edilən torpaqlarda dalğalanır

  • By admin
  • 28 May 2021 16:33

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Gununsesi.info xəbər verir ki, bu barədə M.Çavuşoğlu Tvitter hesabında paylaşım edib.

Türk nazir Azərbaycan himninin sədaları altında üçrəngli bayrağımızın əks olunduğu videogörüntü də paylaşıb:

“Vətən müharibəsində qazanılan tarixi qələbənin sevinci ilə Can Azərbaycanın Respublika Gününü təbrik edirəm. Şanlı Azərbaycan bayrağı bu il 28 May tarixində işğaldan azad edilən torpaqlarda da dalğalanır! Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan”, – Çavuşoğlu qeyd edib.

Gununsesi.info