Çavuşoğludan İran açıqlaması: ÜMİD EDİRİK Kİ...

  • By admin
  • 27 İyun 2022 21:29

İrana qarşı hər zaman birtərəfli sanksiyaların əleyhinə olmuşuq.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransı zamanı deyib.

“Bu sanksiyalara yaxşı baxmırıq. Ümid edirik ki, bütün tərəflər Nüvə Sazişinin yenidən fəaliyyətə keçməsi üçün addımlar atacaq”, – Çavuşoğlu bildirib.

Gununsesi.info