Çində İphone istehsal edən zavodun işçiləri 300 dollara çalışırmış -FOTO

  • Müəllif: Admin08
  • 27 Sentyabr 2025 22:01

Yeni nəsil iPhone-ların parıltılı təqdimatlarının arxasında ağır reallıq gizlənir. İphone 17-nin satışa çıxarılması ilə yüz milyonlarla telefon istehsalına start verilib.

Gununsesi.info xəbər verir ki, Financial Times-in araşdırmasına görə, Çində yerləşən zavodlarda minlərlə işçi köləliyə bənzər şəraitdə çalışdırılır.

Onlar gündə 12-15 saat konveyer arxasında işləməyə məcbur edilir və ay ərzində cəmi 300-400 ABŞ dolları məbləğində əməkhaqqı alırlar.

İstehsalatda sərt cəzalar, milliyyətə görə ayrı-seçkilik və hətta işçilərin yataqxanalarında quraşdırılmış kameralar bu mənzərəni daha da ağırlaşdırır.

Gununsesi.info