Daha bir deputat Azərbaycanı Almaniya ilə müqayisə etdi – ORADA CƏRİMƏLƏR BİZDƏN DAHA ÇOXDUR

  • By admin
  • 06 Fevral 2021 14:14

Gununsesi.info bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın fikrincə, bugünkü müsbət nəticəyə dövlətin tətbiq etdiyi sərt nəzarət tədbirləri sayəsində nail olunub: “İndi tətbiq olunmuş sərt karantin rejimində yumşalmalar aparılır. Müəyyən sahələrin fəaliyyətinə icazələr verilir. Amma burda müşahidə olunan odur ki, insanlar koronavirus infeksiyasının möcudluğunu dərk edib. İctimai yerlərdə hamının tibbi maska taxıldığını görürük.

Başa düşməliyik ki, koronavirus hələ də bizimlə yaşayır. Yumşalmalar olsa da, qaydalar əvvəlki kimi qüvvədə qalır. Hamı tibbi maska taxmalı, sosial məsafə gözləməli, şəxsi gigiyenasına fikir verməlidir. Məhz belə olan halda yoluxmaların yenidən genişlənməsinə imkan verməmiş oluruq.

Düşünürəm ki, yeni mübarizə metodların axtarışında olmamalıyıq. Sadəcə nəzarət gücləndirilməli, ictimai yerlədə qaydalara əməl olunması mütəmadi yoxlanılmalıdı”.

Azər Badamov onu da qeyd edib ki, Avropanın inkişaf etmiş ölkələrində daha sərt tədbirlər görülür: “Hazırda Almaniyada insanların yaşadıqları yerdən 15 km-dən uzağa getməsinə qadağa tətbiq olunub. Tibbi maskanın taxılmamasına görə tətbiq edilən cərimələr də bizim ölkəmizdən 4-5 dəfə çoxdur. Yəni, Avropa ölkələrində tətbiq olunmuş cəza tədbirləri bizim ölkəmizdən daha ağırdır.

Üstünlüyümüz onda oldu ki, vaxtnda mübarizə tədbirlərinə başlanıldı və koronanın yayılmasının qarşısını ala bildik. Artıq peyvəndlənmə işlərinə başlanılıb. Düşünürəm ki, yaxın zamanlarda hamı koronavirusa qarşı peyvəndlənəcək və tezliklə adi həyata qayıda biləcəyik”.

Gununsesi.info