Reza Deqati Cəbrayıldakı erməni vandalizmini sərgiləyib

  • By admin
  • 06 Fevral 2021 14:37

Məşhur fotoqraf Reza Deqati Cəbrayıl rayonunda erməni vəhşiliyindən bəhs edib.

Diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə səfəri çərçivəsində o, Cəbrayılın işğaldan əvvəlki və sonrakı fotolarını paylaşıb.

Fotoqraf erməni işğalçılarının Cəbrayılda “Çinar” çay evini, yay klubunu dağıtdığını diqqətə çatdırıb.

Azərbaycanlı musiqiçi dağıdılmış klubda skripkada ifa edib.

Gununsesi.info