Daha bir kütləvi məzarlıq tapıldı

  • By admin
  • 28 Oktyabr 2022 09:11

Ukraynanın Xarkov vilayətinin Borovski rayonunda kütləvi məzarlıq aşkar edilib.

Gununsesi.info xəbər verir ki, məzarlıqda azı 17 mülki şəxsin və hərbçinin cəsədi tapılıb.

Bu barədə Ukrayna Milli Polisinin “Telegram” kanalında məlumat verilib.

“İlkin məlumatlara görə, məzarda azı 17 nəfər Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu və mülki şəxs dəfn edilib. Müstəntiqlər ilk iş günündə üç hərbçinin meyitini götürüblər”, – deyə polisdən bildirilib.

Qeyd olunub ki, kütləvi məzarlıq barədə Kopanki kəndinin sakinləri məlumat veriblər.

“Sakinlər istintaqa bildiriblər ki, rusiyalılar bütün ərazi boyu ölənlərin cəsədlərini toplayıblar. Aprelin 13-də onları iki yük maşını ilə gətiriblər. Ekskavatorla 3 metr dərinlikdə çuxur qazıb, bütün meyitləri ora atıblar. Sonra basdırılma yerinin üzərini tanklarla hamarlayıblar”, – deyə məlumatda qeyd edilib.

Gununsesi.info