Daha bir qazi intihara cəhd etdi – FOTO

Xaçmaz rayonunda qazi intihara cəhd edib.

Gununsesi.info-nun  məlumatına görə, hadisə rayonun Müzəffəroba kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib. Xoşbəxtlikdən ailə üzvləri onu xilas edə bilib.

İlkin ehtimala görə, intihara səbəb onun ailəsində yaranan problemləridir.

 

Gununsesi.info