Deputat efirdə jurnalisti öz mühafizəçisinə döydürdü- VİDEO

Türkiyənin “TV100” kanalının canlı efirində dava düşüb.

Gununsesi.info  xəbər verir ki, Demokrat Partiyadan olan millət vəkili Camal Ənginyurd jurnalist Lətif Şimşəklə mübahisə edib. Əsəblərinə hakim ola bilməyən deputat jurnalistin üzərinə hücum çəkib.

Studiyadakı qonaqlar Ənginyurdla Şimşəyi ayırmağa çalışsalar da, buna nail ola bilməyiblər. Millət vəkili studiyadan uzaqlaşdırlsa da, birdən yenə hücuma keçib və jurnalisti yumruqlayıb. Daha sonra deputatın mühafizəçisi də Lətif Şimşəyə zərbələr endirib.

Hadisənin efirə getməyən, yəni mühafizəçi tərəfindən jurnalistin döyüldüyü hissə isə sonradan yayımlanıb. Lətif Şimşək hadisə ilə bağlı hüquqi prosedur başladacağını qeyd edib.

Gununsesi.info