Deputat Rusiyadakı azərbaycanlıların geri dönməsinə qarşıdır - GƏLSƏLLƏR, ÖLKƏDƏ GƏRGİNLİK YARANA BİLƏR

  • By admin
  • 02 Oktyabr 2022 17:05

“Müxalifət ona görə quru sərhədlərin açılmasını istəyir ki, Rusiyadan  milyon yarım insan ölkəyə gəlsin. Bunlar da onların ovqatından istifadə etsin, hakimiyyətlə mübarizələrini alətə çevirsin”.

Gununsesi.info xəbər verir ki, bunu YAP-dan olan deputat Elman Nəsirov “musavat”a açıqlamasında deyib.

Azərbaycanlıların öz vətəninə dönməsinə qarşı çıxan deputat deyib ki, onların birdən-birə buraya dönməsi problemlərə səbəb ola bilər:

Kim təminat verir ki, o insanların qayıdışı ölkənin daxilində gərginliyə səbəb olmayacaq”.

Günay

Gununsesi.info