DİN metrodakı baltalı şəxslə bağlı araşdırma BAŞLATDI – VİDEO

Bakı metrosunda lentə alınmış görüntülər sosial şəbəkələrdə rezonans doğurub. Belə ki, videosu yayılan şəxs əlində balta olduğunu deyərək, cinsi azlıqları hədələyib.

“Qaşını, üzünü alan adam görsəm, balta ilə başın kəsməsəm adam deyiləm” – deyə kimliyi məlum olmayan şəxs videoda söyləyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a açıqlamasında sözügedən videodan xəbərdar olduqlarını bildirib. DİN rəsmisi görüntülərlə bağlı araşdırmalara başlandığını qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info