Donald Trampın qara günləri başlayıb

  • By admin
  • 19 Yanvar 2021 10:39

Amerika Birləşmiş Ştatlarında(ABŞ) prezident seçkilərindən sonra ölkədə siyasi böhran yaşanmaqdadır.  ABŞ-ın bir sıra ştatlarında prezident Donald Trampa qarşı məhkəmələr hüquqi addımlar atmağa başlayıb.

Gununsesi.org xəbər verir ki,  Corciya ştatının prokurluğu, Donald Trampa 2020-ci ildə prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdləri ilə əlaqədar cinayət işi açır.

Manhetten prokurorluğu isə Donald Trampa məxsus olan 7 “Springs Resort”un maliyyə sənədlərini tələb edir. Amerika mətbuatına yazılan xəbərlərə görə, araşdırmalar zamanı vergilərdən yayınma hallarının olub-olmaması ilə bağlı yoxlamaların ediləcəyi bildirilir.

 

Həmçinin hüquq-mühafizə orqanları Kapitoliyaya edilən hücumu araşdırır. Araşdırmalar zamanı  Trampın sabiq məsləhətçiləri – Stiven Bennon, Rocer Stoun, Pol Manafort və s. kimi maraqlı adlar ortaya çıxıb.

 

Stoun və P. Manafort iki il öncə həbs ediliblər. Onlar Rusiyanın ABŞ seçkilərinə müdaxiləsində” xüsusi rol oynamaqda” ittiham ediliblər. Daha sonra Donald Tramp onları əfv etmişdi.

 

Arzu. 

Gununsesi.org