Millət vəkilinin məqaləsi “Global Media”-da

  • By admin
  • 19 Yanvar 2021 10:48

Global Media jurnalının sonuncu sayında Milli Məclisin deputatı, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri  Cavanşir Feyziyevin  məqaləsi dərc olunub.

Millət vəkilinin “The global political game in the South Caucasusis over” (“Cənubi Qafqazda qlobal oyun başa çatdı”) adlı  yazısında Qarabağ münaqişəsinin səbəblərindən və başlanması tarixindən, eləcə də  Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən bəhs edilir.

Məqalədə son 200 ildə erməni millətçiliyinin Cənubi Qafqazda yaratdığı qeyri-sabitlik, erməni terrorçuları tərəfindən törədilmiş çoxsaylı kütləvi qətliamlar, etnik təmizləmə haqqında, eləcə də Qarabağ münaqişəsinin mahiyyəti barədə ətraflı məlumat verilir. Bu jurnalda daha öncə C. Feyziyevin “History of development of Turkish parliamentary traditions” (Türk parlament ənənələrinin inkişaf tarixi”) adlanan digər məqaləsi də çap olunmuşdu. Bu məqalə türk xalqalrının tarixində parlamentarizmin inkişafı tarixindən bəhs edir və Türkiyə Böyük Millət Məclisinin 100 illik yubileyinə həsr olunmuşdu.

Dünyanın 35 ölkəsində yayımlanan Global Media jurnalı – Beynəlxalq Jurnalistlər Şurasının (Global Journalism Council) orqanıdır.  Mərkəzi ofisi Ankarada yerləşən təşkilatın Amerika, İngiltərə, Almaniya, Kanada, Fransa, Rusiya da daxil olmaqla, 40 ölkədə təmsilçiliyi var. Jurnal ingilis və türk dillərində çap olunmaqla, dünyanın bütün dipolomatik korpuslarında yayılır.

 

 

Gununsesi.org