2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin icrasında müsbət meyillər davam edib. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 376,6 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Bu barədə Gununsesi.info-ya Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13 564,0 milyon manat təşkil edib ki, bu da proqnozu 99,0 milyon manat və ya 0.7 faiz üstələyib.
Yanvar-aprel ayları ərzində dövlət büdcəsinin xərcləri 10 933,4 milyon manat proqnoza qarşı 10 531,1 milyon manat məbləğində icra edilib ki, bu da 96.3 faiz təşkil edir.
2026-cı ilin yanvar-aprel ayları ərzində icmal büdcənin gəlirləri 16 002,0 milyon manat, xərcləri isə 12 043,4 milyon manat məbləğində icra edilib.








