Elçin Sadıqov da prokurorluğa aparıldı - VƏKİLİN OFİSİNDƏN BÜTÜN SƏNƏDLƏRİ GÖTÜRÜLDÜ

  • By admin
  • 10 Sentyabr 2022 19:53

Baş Prokurorluğun əməkdaşlarının vəkil Elçin Sadıqovun evində və ofisində apardığı axtarış başa çatıb.

Gununsesi.info xəbər verir ki, vəkilin peşə fəalliyyətini əks etdirən bütün sənədlər götürülüb.

Elçin Sadıqovun özü də prokurorluq əməkdaşları ilə birlikdə aparılıb.

Jurnalistlərə açıqlamasında vəkil heç bir günah işləmədiyini deyib: “Ofisdə qanunsuz axtarış-götürmə ediblər. Heç bir hüquqi əsas yoxdur. Məni də aparırlar istintaq orqanına, bütün bunlar qanunsuzluqdur”.

Gununsesi.info