Eldar Həsənovdan xəbər var

  • By admin
  • 31 Avqust 2022 19:57

9 Sayllı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq səfir Eldar Həsənovdan xəbər var.

Gununsesi.infoya açıqlamasında onun vəkili Valeh Mehralıyev bildirib ki, Həsənovun  səhhəti olduqca pisdir:

“Dünən daxili qulaq xəstəliyi olan “Vertiqo”nun təsiri ilə yıxılıb və yüngül xəsarət alıb. Onun müayinə və müalicəsi Penitensiar Xidmətin Baş İdarəsi tərəfindən professor Adil Qeybullaya həvalə olunmuşdur. Lakin buna baxmayaraq həkimin təyinatı üzrə qaraciyərlə bağlı götürülməli olan analiz iki aydan artıqdır ki təxirə salınır”.

 

Gununsesi.info