AXCP sədri Əli Kərimli ağır cinayətdə ittiham olunur.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, AXCP sədrinin ifadəsi alınıb və böyük ehtimalla o bugün təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunacaq.
Qeyd edək ki, Əli Kərimlinin ittiham olunduğu maddəyə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Qeyd edək ki, Əli Kərimli PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
Elmar













