Elman Nəsirov deputat sözünə etiraz etdi

  • Müəllif: admin
  • 25 İyun 2021 11:34

Milli Məclisin deputatı deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında parlament üzvlərinin “deputat” adlanmasina etiraz edib.

Gununsesi.info xəbər verir ki, deputat “millət vəkili” ifadəsinin əhəmiyyətini xüsusi vurğulayıb:

“”Millət vəkili” sözü daha önəmli məna daşıyır. “Deputat” sözü isə alınma sözdü. “Millət vəkili” sözü ictimai sifarişə çevrilib. Türkiyədə də “millət vəkili” ifadəsi işlədilir. Hesab edirəm ki, qanuna dəyişiklik olunmalıdır”.