Əmtəə bazarlarında qızıl ucuzlaşır

  • Müəllif: Firuzə
  • 24 Sentyabr 2025 10:35

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

Gununsesi.info birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,24% azalaraq 3 806,72 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,5% azalaraq 44,385 ABŞ dolları olub.

 

Gununsesi.info