Erkin Qədirli AŞ PA -da Rusiya əleyhinə qətnaməyə səs verib

  • By admin
  • 28 Yanvar 2023 08:21

Avropa Şurası Parlament Assambleyasının dünən keçirilən iclasında “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün hüquqi və insan hüquqları aspektləri” adlı qətnamə qəbul olunub.

Gununsesi.info-nun xəbərinə görə,  əslində isə Putinə və Lukaşenkoya qarşı beynəlxalq tribunalın yaradılmasını ehtiva edən qətnamə AŞPA-da yekdilliklə qəbul olunub.

 

Səsvermədə diqqəti çəkən məqamlardan biri də Azərbaycan nümayəndə heyəti üzvlərinin sənədə səs verməsidir.

Qeyd edək ki, indiyədək Rusiya əleyhinə olan səsvermə prosesi zamanı Azərbaycan nümayəndə heyətinə müxtəlif bəhanələrlə ortalıqda görünməyib.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, səsvermədə nümayəndə heyətinin yalnız iki üzvü – Könül Nurullayeva və Erkin Qədirli iştirak edib və onların hər ikisi qətnamənin lehinə səs verib.

 

Elmar

Gununsesi.info