Ermənilər Baydenin sözünə sevinmir: Qarabağda məğlubiyyət...

  • By admin
  • 26 Aprel 2021 17:43

ABŞ prezidenti Co Bayden “soyqırımı” sözünü desə də, ermənilər sevinə bilmir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Erməni siyasətçi Vano Siradeqyanın “Erməni tipi – yazıq və narahat. Bir sözlə, yazıq” sözlərini xatırladan qəzet qeyd edir ki, Baydenin 24 aprel mesajı mənəvi qələbənin sevincini yaşamaq üçün ən yaxşı fürsət kimi görünürdü: “Uzun illərdir Ermənistanda və diasporda neçə nəsil ABŞ prezidentinin bu sözünü deməsini xəyal edirdi. 2021-ci ilin 24 aprelində deyildi. Lakin Feysbukdakı ürək sözlərini nəzərə almasaq, heç bir sevinc yaşanmadı. Ermənistanın Qarabağda məğlubiyyəti buna imkan vermir”.

Qəzet qeyd edir ki, Bayden “soyqırımı” desə də, heç bir nəticəsi olmayacaq.

“Türkiyə bunu qəbul etmədiyi təqdirdə, heç bir təzminat, yaxud hüquqi qiymət verilməyəcək”, – “Hraparak” yazır.


Gununsesi.info