Ermənipərəst konqresmenlərin Azərbaycan əleyhinə qətnaməsi müzakirəyə çıxarılmadı

  • By admin
  • 07 Oktyabr 2020 13:15

 

ABŞ Konqresində müzakirəsi gözlənilən 1165 saylı “Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatını və Türkiyənin münaqişəyə müdaxiləsini pisləmək” Qətnaməsi müzakirəyə çıxarılmayıb.
Gununsesi.info bildirir ki, bunu Amerikada yaşayan Qubad İbadoğlu deyib:
“Qətnamə oktyabrın 1-də Konqresin Nümayəndələr Palastasının Xarici Əlaqələr Komitəsinə təqdim ediməsinə baxmayaraq, hələ ona hətta Komitə səviyyəsində də baxılmayıb. Qətnamənin müzakirəsinin təşkili ilə bağlı aşkara çıxardığım yeni detalları sizinlə bölüşürəm.
Bildiyiniz kimi Qətnamə anası erməni olan Jackie Speierin təşəbbüsü ilə hazılanıb. Bu təşəbbüsə əvvəl deyildiyi kimi 46 deyil, 38 nəfər qoşulub. Onların 35-i demokrat, 3-ü respublikaçıdır. Təşəbbüsə qoşulanların 17-i Kaliforniyanı, 5-i New Cersini, 3-ü Massachusetts, 2-i Floridanı, 2-i Illinois, 2-i Yorku, 2-i Rhode Island, qalanları da hərəsindən 1 nümayəndə olmaqla Hawaii, Maryland,
Michigan, Minnesota, Tennessee ştatlarını təmsil edirlər. Maraqlananlar onların adları ilə bu linkdən tanış ola bilərlər. https://www.congress.gov/bill/116th-congress/house-resolution/1165/cosponsors?q={%22search%22:[%221165+armenia%22]}&r=1&s=3&searchResultViewType=expanded
Qətnamənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür.

Rep. Speier Introduces Bipartisan Resolution Condemning Azerbaijani Aggression, Slamming Turkey’s Escalation of Attacks on Artsakh and Armenia


Qətnamədə 4 tələb irəli sürülür.
1. Azərbaycanın Dağlıq Qarabağdakı davamlı təcavüzkar hərbi əməliyyatlarını və atəşkəs razılaşmasının pozulmasını pisləyir;
2. Prezident Tayyip Ərdoğan dövründə Türkiyənin münaqişədə iştirakını və eskalasiyasını pisləyir;
3. Atəşkəs razılaşmasını və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir;
4. ABŞ Azərbaycanın Dağlıq Qarabağ və Ermənistana qarşı hücum hərbi əməliyyatlarının dayandırılmasına və təmas xətti boyunca müstəqil üçüncü tərəflərin monitorinqini qəbul etməsi barədə razılığa gəlməsinə dair ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini bir daha təsdiqləyir.
Göründüyü kimi bu Qətnamədə nə ABŞ yardımlarına qadağa, nə də sanksiyalar nəzərdə tutulmayıb. Əslində tutula da bilməz. Sadəcə bu demokratların noyabrın 3-ə təyin edilən seçki qabağı oyunlarından biridir”.

Gununsesi.info