Putindən Bakıya görünməmiş dəstək - DÖYÜŞLƏR AZƏRBAYCAN ƏRAZİSİNDƏ GEDİR

  • By admin
  • 07 Oktyabr 2020 13:12

Rusiya prezidenti Vladimir Putin Qarabağda davam edən döyüşlərə toxunub.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya lideri Ermənistan qarşısında hərbi öhdəliklərinin olduğunu desə də, döyüşlərin Ermənistan ərazisində getmədiyini xatırladıb.

“Rusiyanın Ermənistan qarşısında öhdəlikləri var. İndi döyüşlər Ermənistan ərazisində getmir. Hərbi öhdəliklərimizə gəldikdə isə biz onları icra etməyə hazırıq”-deyə Putin açıqlamasında bildirib.

Putinin açıqlaması Qarabağdakı döyüşlərə Rusiyanın müdaxilə etməsini arzulayan Ermənistan üçün arzuolunmaz hal olub.

https://m.facebook.com/story.php?story_fbid=3432388383511430&id=100002209052964

Gununsesi.info