Ermənistan faşistləri qəhrəmanlaşdırmağa davam edir, sanksiyalar lazımdır – RUSİYADAN ŞƏRH

  • By admin
  • 03 İyun 2021 14:12

Bir neçə gün əvvəl – mayın 31-də, Ermənistanda “General Dro” kimi tanınan faşist kollaborant Drastamat Kanayanın doğum günü qeyd edilib. Ermənistanda faşist Dro qəhrəmanlaşdırılır. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Respublika Günü münasibətilə mesajında ​​Dro və Njdeni ölkənin qəhrəmanları adlandırıb.

Gununsesi.info xəbər verir ki, Caliber.Az bununla bağlı şərh üçün Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” “Youtube” kanalının aparıcısı və nasist cinayətkarlarının tərifinə qarşı barışmaz mövqeyi ilə tanınan Yevgeni Mixaylova müraciət edib.

O, Ermənistanda ermənilərin digər xalqlar üzərində milli üstünlüyü kimi faşist ideologiyasının təriflənməsinin millətin deqradasiyasının əsas göstəricilərindən biri olduğunu bildirib, bunu dövlətçiliyin süqutunun əsas xəbərçisi adlandırıb.

Müsahibin fikrincə, İrəvanda yeni hakimiyyət orqanlarının tarixə yeni baxışı, Qərbin İkinci Dünya müharibəsini fərqli şəkildə təqdim etmək cəhdlərinin ümumi fonunda baş verir, bu da öz növbəsində, Rusiyanın nasist Almaniyasını və müttəfiqlərini məğlub edən SSRİ-nin qanuni varisi olmaq hüququnu pozur.

Saxtalaşdırma prosesinin təşəbbüskarları kimi ABŞ və Avropa Birliyinin hakim dairələri göstərilir. Deqradasiyanın ən vacib mərhələlərindən biri, Avropa Parlamentinin 2019-cu ildə qəbul etdiyi və məqsədi avropalı gənc nəslin şüurunda nasist Almaniyası ilə Sovet İttifaqının İkinci Dünya müharibəsindəki roluna eyni münasibəti formalaşdırmaq, həmçinin həmin dövrdə əhəmiyyətli hadisələri təhrif etmək olan “Avropa yaddaşının Avropanın gələcəyi üçün əhəmiyyəti haqqında” qətnaməsi oldu.

“Ermənistanda Dro və Njdeləri qəhrəmanlaşdıranlar məhz bu qətnaməyə güvənirlər. İrəvanda Qərblə ortaq dəyərlər Rusiyanın qalib ölkənin qanuni varisi olmaq hüququnu pozmaq üçün inkişaf etdirilir, eləcə də SSRİ-nin tərkibində olan digər respublikalar kimi. İrəvanın Azərbaycana qarşı təşəbbüslərini çox vaxt dəstəkləyən Avropa Parlamentinin qətnaməsində tarixi həqiqətlər, onların ardıcıllığı, səbəbləri və nəticələrinə heç bir məhəl qoyulmur. Ermənistan tərəfindən həmin Qaregin Njdeyə abidələrin qoyulması heç vaxt pislənməyib, halbuki Azərbaycan dəfələrlə bu məsələni qaldırıb”, – deyə ekspert qeyd edib.

O, Ermənistanda faşistlərin qəhrəmanlaşdırılmasına qarşı mübarizə aparmaq üçün istənilən üsulun, o cümlədən iqtisadi sanksiyaların tətbiqinin zəruriliyini vurğulayıb.

“Əks təqdirdə, dünya elitasının II Dünya Müharibəsinin nəticələrini yenidən nəzərdən keçirmək planları reallaşacaq: faşist hesab etdiyimiz insanlar qəhrəman olacaq, qəhrəman sayılanlar isə unudulmağa məhkum olacaq. Və bunun üçün elə də çox vaxt lazım deyil”, – deyə Mixaylov sözlərini yekunlaşdırıb.

Gununsesi.info