Ermənistana qaz nəqli dayandırılıb

  • Müəllif: Firuzə
  • 22 Avqust 2025 11:06

Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması zərurətidir.

Gununsesi.info-nun “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, bu barədə “Qazprom Ermənistan” şirkətindən məlumat verilib.

“İşlər “Qırmızı Körpü-Sevkar-Berd” tranzit magistral qaz kəmərində aparılacaq, bununla əlaqədar avqustun 22-si səhər saat 6:00-dan etibarən qaz tədarükü 24 saat müddətinə dayandırılacaq”, – deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü sayəsində təmin olunacaq.

Gununsesi.info