Ermənistanın cinayətlərinə görə ekspertizalar icra olundu

  • By admin
  • 07 Fevral 2022 19:32

Ermənistanın Vətən müharibəsində dinc əhaliyə qarşı törətdiyi cinayətlərin istintaqı və mülki infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə yüzlərlə cinayət işi üzrə ekspertizalar icra edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Eldar Nuriyev Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə 500-dən çox əmlak, o cümlədən fərdi yaşayış evləri, sənaye obyektləri üzrə tədqiqatlar aparılıb.

Gununsesi.info