Etibar Əliyev Azərbaycan universitetlərinin dünya reytinqindəki mövqeyindən danışdı

“İlk dəfə olaraq üç Azərbaycan universiteti dünyanın ən yaxşı 800 universiteti sırasına daxil olub”.

Gununsesi.info xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev deyib:

“Biz universitetlərimizin uğuruna sevinirik. Və təbrik etməkdən başqa əlacımız yoxdur. Nəzərə almaq lazimdır ki, QS World University Rankings rusların reytinq təşkilatıdır. İstərdik ki, Azərbaycan Universitetləri dünyada mövcud olan 3 nüfuzlu reytinqdə universitetlər sırasına daxil olsunlar. 

Hal – hazırda dünya universitetlərinin 3 əsas reytinqi mövcuddur.

Şanxay Universiteti

Times

Webometrics

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov facebook hesabında bu münasibətlə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyini, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinini təbrik edib. Nazirliyin və Agentliyin bu işə nə dəxli var? Bəli var. Nazirlik və Agentlik bir neçə göztərici üzrə səsverməni təşkil edir və məqsədli şəkildə yönləndirmə işi ilə məşğul olur”.

Etibar Əliyev hesab edir ki, bu iki qurumun dəstəklədiyi ali məktəblərdən biri ADNSU-dur.

“Bunun müqabilində isə R. Əzizov emosyasını cilovlaya bilməyib və onları təbrik edib.

Digər anlaşılmaz məqam: ADA Universiteti,  Xəzər Universitetindən, Bakı Mühəndislik Universitetindən, Azərbaycan Memarlıq və İnşaat Universitetindən geridədədir. Bu faktın özü onu göstərir ki, ADA kimi nəhəng bir universitet belə bir reytinqi ciddi saymır və yuxarı pillədə qərarlaşmaq üçün çalışmır. Digər tərəfdən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin bu reytinqdə nə işi var? Nazirlik və Agentliyin əl işləri burada da görünür. Məgər bu Universitetdə tədris və elmi tədqiqatın vəziyyəti bizlərə bəlli deyilmi? Xəzər Universitetinin müəllimlərinin 90 faizi saathesabı işləyir”.

 

 

Şəbnəm

Gununsesi.info