Milli Məclisin deputatları Malayziyaya səfər edəcəklər

  • Müəllif: Firuzə
  • 19 İyun 2026 10:44

Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov və üzvü Bəxtiyar Əliyev iyunun 21-də Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcəklər.

Bu barədə Gununsesi.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Malayziya parlamentinin Azərbaycanla dostluq qrupunun dəvəti əsasında baş tutacaq səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsinin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər iyunun 26-da başa çatacaq.

Gununsesi.info