Fəzail Ağamalının oğlunun qurultayda sədr seçildiyi anın videosu

  • Müəllif: admin
  • 25 Oktyabr 2025 16:34

Ana Vətən Partiyasının qurultayının Fəzail Ağamalı tərəfindən dayandırılmasının əsl səbəbi üzə çıxıb.

Gununsesi.info-ya təqdim edilən video görüntülərdə Elçin Ağamalıyevin AVP sədri seçildiyi görünür.

Səsvermədən dərhal sonra Fəzail Ağamalı qurultayın təxirə salındığını bəyan edib.

Buna səbəb isə onun sədr kimi dəstəklədiyi deputat qızının səs almaması olub.